Azərbaycan Bank Tədris Mərkəzi (ABTM) 2019-2023-cü illər üçün “Azərpoçt” MMC-nin strateji planının hazırlanması üzrə xidmətlər göstərəcək.
“ABTM 2019-2023-cü illər üçün “Azərpoçt” strateji planının hazırlanması üzrə xidmətlərin göstərilməsinə dair elan olunan kotirovka sorğusunun qalibi olub. Dekabrın 14-də tərəflər arasında müqavilə imzalanıb”, - “Azərpoçt”dan məlumat verilir.
Müqavilənin dəyəri 11,8 min manat təşkil edir. **
Ə.Məmmədov