Azərbaycan prezidenti İlham Əliyev “Qobu” yarımstansiyası üçün bir sıra işlərin həyata keçirilməsi üçün “Azərenerji” ASC-yə 10 mln. manat ayırmağı tapşırıb.
Vəsait əlaqələndirici elektrik verilişi xəttinin tikintisi, 110 kV-luq elektrik verilişi xətlərinin və naqillərin yenilənməsi və əsaslı təmir işlərinə yönəldiləcə.
Qeyd olunan vəsait Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılacaq.
İ.Əliyevin müvafiq sərəncamı cümə axşamı dövlət başçısının saytında dərc olunub. **