Bakı Beynəlxalq Dəniz Ticarət Limanı “S.Babayev” yedək gəmisinin əsaslı təmiri üçün podratçı seçir. Bu barədə limanın elanında deyilir.
Seçim açıq tender metodu ilə həyata keçirilir. İşlər 90 gün müddətində yerinə yetirilməlidir.
Təkliflərin qiymətləndirilməsi aşağıdakı meyarlara əsasən həyata keçiriləcək: ucuz qiymət, keyfiyyət, təcrübə, şirkətin texniki və maliyyə vəziyyəti.
Tenderdə iştirak haqqı 300 manatdır.
Təkliflər 1 fevral 2019-cu il saat 18:00-dək qəbul olunur.
Tender proseduru fevralın 4-də baş tutacaq.
Telefon: (+99412) 498-91-84.*
N.Abbasova