Cümə günü “İnterfaks-Azərbaycan” İnformasiya Agentliyinin kollektivi Aleksandr İvanovun xatirəsini yad edib.
A.İvanov 2005-2017-ci illərdə “İnterfaks-Azərbaycan” İnformasiya Agentliyinin baş direktoru olub. O, 21 dekabr 2017-ci il tarixində Moskvada beyin qansızmasından dünyasını dəyişib.
A.İvanov Bakının Yasamal qəbiristanlığında dəfn edilib.
A.İvanov 1950-ci il iyulun 12-də Bakıda anadan olub. Uzun illər SSRİ Dövlət Təhlükəsizlik Komitəsində çalışıb, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri olub.
Allah rəhmət eləsin. **
F.İsazadə