2019-cu il yanvar ayından etibarən Azərbaycan OPEC+ ilə razılıq çərçivəsində gündəlik neft hasilatını 776 min barrelədək azaldacaq. Bu barədə Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri, energetika nazirinin müşaviri Zəminə Əliyeva bildirib.
Xəbər verildiyi kimi, 2019-cu ildən etibarən Azərbaycan OPEC+ ilə razılıq çərçivəsində gündəlik neft hasilatını 2018-ci ilin oktyabr ayının göstəricisi ilə müqayisədə 20 min barrel - 763 min barrelədək azaldacaq.
“OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsi çərçivəsində 2019-cu ildən etibarən neft hasilatının azalmasına dair öhdəliklərin dəqiqləşdirilməsi üzrə müzakirələ keçirilib. Yəni, bunlar hər bir ökə ilə ayrılıqda razılaşdırılan texniki detallar idi. Həmin dəqiqləşdirmələr çərçivəsində Azərbaycanın gündəlik neft hasilatını 20 min barel azaltmasına dair öhdəliklıəri dəyişməyib. Lakin, Azərbaycan üçün neft hasilatının azaldılması oktyabr ayının göstəricisindən deyil, 2018-ci il sentyabr ayında hasilat səviyyəsindən hesablanacaq”, - Z.Əliyeva qeyd edib.
Onun sözlərinə görə, sentyabrda ölkədə gendəlik neft hasilatının həcminin 796 min barel təşkil etidyi nəzərə alınarsa, 2019-cu ildə hasilatın həcmi 776 min barelədək azalacaq.
Xəbər verildiyi kimi, dekabrın 7-də qəbul olunan OPEC+ üzrə yeni sazişə əsasən, OPEC üzvləri neft hasilatını sutkada 800 min barrel, kartelə daxil olmayan ölkələr isə 400 min barrel azaldacaqlar.OPEC ölkələri neft hasilatının 2,5%, qeyri-OPEC ölkələri – 2% azalmağa dair öhdəlik götürübəe. Saziş 2019-cu ilin aprel ayında mümkün nəzərdən keçirilməsi şərti ilə yarım il müddətinə uzadılıb. **
N.Abbasova