Qazaxıstan prezidenti Nursultan Nazarbayev inanır ki, Astana ilə Bakı arasında strateji tərəfdaşlıq bundan sonra da inkişaf edəcək. Bu barədə Azərbaycan prezidentinin saytında məlumat verilir.
“İnanıram ki, Astana ilə Bakı arasında çoxəsrlik ənənəvi dostluq münasibətləri qardaşcasına strateji tərəfdaşlıq əsasında, habelə ölkələrimizin xalqlarının rifahı naminə bundan sonra da dinamik şəkildə inkişaf edəcək”, - deyə prezident İlham Əliyevin doğum günü münasibətilə N.Nazarbayevin ona ünvanladığı təbrik məktubunda qeyd olunur.
O, əmin olduğunu bildirib ki, İ.Əliyevin ali dövləti fəaliyyət sahəsində çoxillik təcrübəsi, xalqın rifahının yaxşılaşdırılmasına yönəlmiş gərgin səyləri bundan sonra da Azərbaycanın firavanlaşmasına və davamlı inkişafına sanballı töhfə verməkdə davam edəcək.
N.Nazarbayev azərbaycanlı həmkarına möhkəm cansağlığı, tükənməz enerji, məsul dövləti vəzifəsində yeni uğurlar, qardaş Azərbaycan xalqına sülh və firavanlıq diləyib.
Dekabr ayının 24-də prezident İ.Əliyevin 57 yaşı tamam olur.*
R.Babayev