“S.Steel” MMC metaləritmə zavodunun direktoru Yalçın Əsədov ətraf mühitə vurulan zərərə görə 12,5 min manat məbləğində cərimə edilib. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilir.
“Nazirlik tərəfindən Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində fəaliyyət göstərən “S.Steel” MMC metaləritmə zavodundan atmosferə atılan tullantılarla bağlı daxil olan şikayət yerində araşdırılıb və monitorinq aparılıb. Monitorinq zamanı havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib”, - məlumatda deyilir.
Faktla bağlı Y.Əsədov barəsində akt, protokol tərtib edilib. Direktor 12,5 min manat məbləğində cərimə edilib.
Atmosferə atılan tullantıların qarşısının alınması, müasir təmizləyici qurğu və avandanlıqların quraşdırılması məqsədilə zavoda icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib. **
R.Babayev