"Muğanbank" 10 mln. manatlıq səhmlərin əlavə emissiyası hesabına nizamnamə kapitalını 11,8% - 95 mln. manatadək artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
"Bank nizamnamə kapitalının 10 mln. manat – 95 mln. manatadək artırılması prosesini başa çatdırıb. Əlavə emissiya hər birinin nominal dəyəri 200 manat olan 500 min ədəd səhmə bölünüb", - deyə məlumatda bildirilir.
“Muğanbank” 1992-ci ilin noyabr ayında yaradılıb və Azərbaycanın 15 aparıcı bankından biridir. Bankın səhmdarları 4 fiziki şəxsdir.*
Ə.Məmmədov