Prezident İlham Əliyev Nazirlər Kabinetinə tibbi xidmətlərin göstərilməsinə və həmin xidmətlər çərçivəsində dərman vasitələrinin təqdim edilməsinə differensial ƏDV-nin tətbiqi ilə bağlı təkliflər hazırlamağı tapşırıb.
Müvafiq tapşırıq dövlət başçısının Vergi Məcəlləsinə dəyişikliklərin təsdiq edilməsi haqqında fərmanında nəzərdə tutulub.
Fərmana əsasən, Nazirlər Kabinetinə 3 ay müddətində tibbi xidmətlərin göstərilməsinə və həmin xidmətlər çərçivəsində dərman vasitələrinin təqdim edilməsinə əlavə dəyər vergisinin daha aşağı dərəcə ilə tətbiqi (differensial ƏDV-nin tətbiqi) ilə bağlı təkliflər hazırlamaq tapşırılıb.
Bu təkliflər prezidentə təqdim edilməlidir.*
Ə.Məmmədov