Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) Müşahidə Şurasının ilk iclası keçirilib. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
““DOST” layihəsi əmək, məşğulluq, sosial müdafiə və təminat sahələrində xidmətlərin innovativ həllərin tətbiqi üzərində, “bir pəncərə”dən operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında təqdim edilməsinə imkan verəcək”, - deyə Müşahidə Şurasının sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
Onun sözlərinə görə, Müşahidə Şurası Agentliyə ümumi rəhbərliyi və nəzarəti həyata keçirəcək.
Nazir qeyd edib ki, Şura Agentliyin inkişaf istiqamətlərini, strateji məqsəd və planlarını müəyyənləşdirəcək, habelə müvafiq sənədləri təsdiq edəcək.
Müşahidə Şurası 7 üzvdən ibarətdir.*
R.Babayev