Özbəkistan Respublikasının prezidenti Şavkat Mirziyoyev ad günü münasibətilə prezident İlham Əliyevə təbrik məktubu göndərib. Bu barədə Azərbaycan prezidentinin saytında məlumat verilir.
«Əminəm ki, qarşıdakı yüksək səviyyəli səfərlər mübadiləsi və səmərəli danışıqlar bizim əməkdaşlığı məzmunca zənginləşdirəcək və yüksək səviyyəyə çatdıracaq», - deyə təbrik məktubunda bildirilir.
Dekabr ayının 24-də prezident İlham Əliyevin 57 yaşı tamam olur.*
R.Babayev