Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Qanunu təsdiq edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Qanuna əsasən, 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli vətəndaşlar üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilib.
2018-ci il üçün yaşayış minimumu 173 manat məbləğində müəyyən edilmişdi. Beləliklə, yaşayış minimumu ötən illə müqayisədə 4% artır.
Bundan başqa, “Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” Qanun təsdiq edilib. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində olacaq. 2018-ci il üçün ehtiyac meyarının həddi 130 manat təşkil edir.*
Ə.Məmmədov