Prezident İlham Əliyev “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nı təsdiq edib.
Müvafiq fərman dövlət başçısının saytında dərc olunub.
Fərmana əsasən, Dövlət Gömrük Komitəsinə bu fərmandan irəli gələn məsələlərin operativ həllini təmin edən müvafiq mexanizmlər hazırlamaq və 2019-cu il fevralın 1-dən tətbiq etmək tapşırılıb.*
Ə.Məmmədov