Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsini təsdiq edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
2019-cu il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 23 mlrd. 168 mln. manat, xərcləri üzrə - 25 mlrd. 190 mln. manat təşkil edir. Beləliklə, gələn ilin dövlət büdcəsinin kəsiri 2 mlrd. 22 mln. manat və ya ÜDM-nin 2,5%-i səviyyəsindədir.
2019-cu il dövlət büdcəsində neftin bir barelinin qiyməti 60 dollardan götürülüb.
2018-ci il dövlət büdcəsinin gəlirləri 22 mlrd. 149 mln. manat, xərcləri 23 mlrd. 100 mln. manat məbləğində təsdiq edilib. Dövlət büdcəsinin kəsiri 951 mln. manat və ya ÜDM-nin 1,3%-i səviyyəsində proqnozlaşdırılır.*
R.Babayev