Azərbaycan hökuməti 2023-cü ilədək icmal büdcənin qeyri-neft baza kəsirini qeyri-neft ÜDM-nin 28,1%-dək azaltmağı nəzərdə tutur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyindən məlumat verilib.
«2019-cu ilə icmal büdcənin qeyri-neft baza kəsiri qeyri-neft ÜDM-nin 31,1%-i səviyyəsində proqnozlaşdırılır», - deyə məlumatda bildirilir.
Nazirlikdən qeyd ediblər ki, 2020-2022-ci illərdə bu göstəricinin 3 faiz bəndi azaldılması planlaşdırılır. «2020-ci ildə bu göstərici qeyri-neft ÜDM-nin 30,1%-ni, 2021-ci ildə 29,1%-ni, 2022-ci ildə isə 28,1%-ni təşkil edəcək», - deyə məlumatda bildirilir.
2019-cu ildən etibarən Azərbaycanda icmal büdcənin qeyri-neft baza kəsirinin yuxarı həddi qanunvericiliklə tənzimlənəcək.*
A.Əzizov