Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Qarabağ müharibəsi əlilləri üçün mənzillərin satın alınmasına 22 mln. manatdan artıq vəsait yönəldəcək.
www.tender.gov.az saytının materiallarına əsasən, bu məqsədlə nazirlik 22 mln. 400,399 min manat ümumi məbləğdə 4 müqavilə imzalayıb.
Ən iri müqavilə “Sa-İnşaatçı MTK” ilə imzalanıb. Müqavilənin dəyəri 12 mln. 767,167 min manatdır.
O cümlədən, fiziki şəxs ilə müqavilə imzalanıb. Müqavilənin dəyəri 941,262 min manatdır. **
B.Rüstəmbəyov