Moskva Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesini ehtiyatlı nikbinliklə qiymətləndirir. Bunu Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov deyib.
"Mən danışıqlar prosesi üçün daha əlverişli atmosferin yaranması ilə bağlı ehtiyatlı nikbinlik hiss edirəm. Hesab edirəm ki, başa çatmaqda olan il nəticəsiz olmayıb", - deyə o, bu gün Bakıda keçirdiyi mətbuat konfransında bildirib.
Səfir qeyd edib ki, 2018-ci ildə təməl qoyulub, münaqişə tərəflərinin, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşləri keçirilib.
"Bu yaxınlarda cənab Məmmədyarovun (Azərbaycanın xarici işlər naziri – İF) bu mövzu ilə bağlı qiymətləndirmələrini eşitdim, 2019-cu ilin yanvar ayına hər iki nazirin görüşü planlaşdırılıb. Nəzərdə tutulan tendensiya Rusiyada alqışlanır, biz belə atmosferin yaradılması üçün köməyimizi davam etdirəcəyik", - deyə M.Boçarnikov vurğulayıb.*
F.İsazadə