Rusiya və Azərbaycan Xəzər dənizi ilə nəqliyyat dəniz xəttlərinin yaradılması imkanını nəzərdən keçirirlər. Bunu Rusiyanın Bakıdakı səfiri Mixail Boçarnikov deyib.
“Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması Rusiyada tarixi hadisə kimi qiymətləndirilir. Azərbaycanda da bu vacib hadisə kimi dəyərləndirilir. Bu, bizə mövcud razlıqların həyata keçirilməsinə imkan verir”, - M.Boçarnikov bazar ertəsi Bakıda mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hər dövlətə aid hissələrin ayrılması üzrə bəzi müddəaların işlənməsindən başqa əməkdaşlığa dair fəaliyyətin təşkil olunacağı dövr başlayır. “Rusiya və Azərbaycan Xəzər dənizi ilə nəqliyyat dəniz xəttinin yaradılması üzərində düşünürlər. Planlarımıza dəniz ilə kruiz turizminin yaradılması daxildir. Bu, iqtisadiyyat və turizm sektorlarına fayda gətirəcək”, - səfir qeyd edib.
M.Boçarnikov əlavə edib ki, 2019-cu ildə (Bakıda - İF) Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın müddəalarının həyata keçirilməsi üzrə xüsusi İşçi Qrupunun ilk iclası keçiriləcək. **
F.İsazadə