Belarus-Azərbaycan münasibətləri qarşılıqlı anlaşma ruhunu daşıyır və iki xalq arasında dostluq ənənələrini artırır. Bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan prezidenti İlham Əliyevə ad günü münasibətilə ünvanladlığı təbrik məktubunda qeyd edib.
“Qardaş Azərbaycanın uğurlu və yüksələn xəttlə inkişafı sizin rəhbərliyinizlə güclü və müstəqil dövlətin quruculuğu ilə ayrılmaz surətdə bağlıdır”, - Belarus dövlət başçısının mətbuat xidməti A.Lukaşenkonun məktubundan sitat gətirir.
O qeyd edib ki, “yüksək səviyyədə dinamik və məzmunlu əlaqələr, qarşılıqlı anlaşma və dialoqun etibarlılığı Belarus-Azərbaycan münasibətlərinin fərqli cəhətidir və iki xalq arasında dostluq ənənələrini artırır”.
“Əminəm ki, bu yaxınlarda Belarusa səfəriniz zamanı əldə olunan razılıqların reallaşdırılması Minsk ilə Bakı arasında dayanıqlı və çoxplanlı əməkdaşlığın inkişafına, iki ölkə vətəndaşlarının rifahının yaxşılaşmasına mühüm töhfə verəcək”, - Belarus lideri vurğulayıb.
Delabrın 24-də İ.Əliyevin 57 yaşı tamam olub. **