Rusiya Federasiyasının prezidenti Vladimir Putin bazar ertəsi İlham Əliyevə telefonla zəng edərək ad günü münasibətilə təbrik edib. Bu barədə Azərbaycan prezidentin mətbuat xidmətindən məlumat verilir.
“Söhbət zamanı qeyd edilib ki, 2018-ci il Azərbaycan-Rusiya dostluq əlaqələrinin tarixində çox məhsuldar bir il olub, dövlət başçılarının qarşılıqlı səfərləri, beynəlxalq tədbirlər çərçivəsində çoxsaylı təmaslar əlaqələrimizi daha da yüksək səviyyəyə qaldırıb”, - məlumatda vurğulanır.
Prezidentlər öz əminliklərini bildiriblər ki, 2019-cu ildə də ikitərəfli münasibətlərimizdə müsbət dinamika davam etdiriləcək və Azərbaycan-Rusiya strateji tərəfdaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək. **
B.Rüstəmbəyov