Azərbaycan prezidenti İlham Əliyev və Gürcüstanın baş naziri Mamuka Baxtadze 2019-cu ildə ikitərəfli münasibətlərin uğurla inkişafına əmindirlər. Bu barədə Azərbaycan dövlət başçısının mətbuat xidməti məlumat verir.
“Prezident İ.Əliyev və baş nazir M.Baxtadze bazar ertəsi telefon söhbəti zamanı ölkələr arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluqlarını ifadə edib və əmin olduqlarını bildiriblər ki, 2019-cu ildə də əlaqələrimiz uğurla inkişaf edəcək”, - məlumatda qeyd olunur.
Baş nazir İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Dekabrın 24-də İ.Əiiyevin 57 yaşı tamam olub. **
R.Babayev