Prezident İlham Əliyev bu gün “Bakı Ağ Şəhər” yeni yaşayış massivinə baş çəkib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezident “Bakı Ağ Şəhər”də 110 kilovoltluq “Ağ Şəhər-2” və “Bakıxanov” yarımstansiyalarının, Birinci Fəvvarələr küçəsinin açılışında, eləcə də “Ağ Şəhər” piyada körpüsünün və Zaman meydanının təməlqoyma mərasimində iştirak edib.
“Ağ Şəhər-2” yarımstansiyası vasitəsilə 75 min əhali abonentin elektrik təchizatı həyata keçiriləcək. “Bakıxanov” yarımstansiyası Bakıxanov qəsəbəsi ilə yanaşı, Bülbülə və Qaraçuxur qəsəbələrinin bir hissəsini elektrik enerjisi ilə təmin edəcək.
Sonra İ.Əliyev tikintisi yekunlaşan Fəvvarələr Meydanı Parkı ilə tanış olub.*
B.Rüstəmbəyov