Serbiya tərəfi prezident İlham Əliyevin Belqrada səfərini səbirsizliklə gözləyir. Bunu Serbiya Respublikasının baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyayiç deyib.
Dövlət başçısının saytında verilən məlumata görə, İ.Əliyev bu gün Bakıda R.Lyayiçi qəbul edib.
«Baş nazirin müavini qeyd edib ki, Serbiya tərəfi prezident İ.Əliyevin Belqrada səfərini səbirsizliklə gözləyir», - deyə məlumatda bildirilir.
Söhbət zamanı ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində uğurla inkişaf etdiyi vurğulanıb.*
F.İsazadə