Xarici işlər naziri Elmar Məmmədyarov bazar ertəsi Səudiyyə Ərəbistanı Krallığının Azərbaycana yeni təyin olunan səfiri Hamad Abdulla Xudayirinin etimadnaməsinin surətini qəbul edib. Bu barədə XİN-nin mətbuat xidmətindən məlumat verilir.
“Görüş zamanı həmsöhbətlər ikitərəfli siyasi münasibətlərin inkişafından məmnunluğunu ifadə edən tərəflər iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətini, o cümlədən biznes forumların keçirilməsinin vacibliyini vurğulayıblar”, - məlumatda deyilir.
E.Məmmədyarov və H.A.Xudayir enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər. **
F.İsazadə