Dekabrın 25-26-da Milli Məclisin spikeri Oqtay Əsədov İran İslam Respublikasında rəsmi səfərdə olacaq. Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilir.
“Səfər çərçivəsində O.Əsədov İran prezidenti Həsən Ruhani, İslam Şurası Məclisinin Sədri Əli Laricani, Milli Təhlükəsizlik üzrə Ali Şuranın katibi Əli Şamxani, xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşlər keçirəcək”, - məlumatda qeyd olunur.
Görüşlərdə iki ölkə arasında əməkdaşlığın daha da dərinləşməsi, parlamentlərarası əlaqələrin inkişaf perspektivləri müzakirə olunacaq.
Səfər çərçivəsində O.Əsədov Urmiya şəhərində olacaq və Qərbi Azərbaycan vilayətinin valisi Məhəmməd Mehdi Şəhriyarla danışıqlar aparacaq. **
R.Babayev