Azərbaycan Silahlı Qüvvələrinin artilleriya bölmələri DANA özüyeriyən artilleriya qurğularının tətbiqi ilə praktiki atışlar keçirib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
"Avtomatik idarəetmə sistemi ilə təchiz edilmiş 152 mm-lik artilleriya vasitələrindən şərti düşmənin canlı qüvvə və atəş vasitələri, uzunmüddətli müdafiə qurğuları, idarəetmə məntəqələri, artilleriya və minaatan batareyaları məhv edilib”, - deyə məlumatda bildirilir.
Atışlar döyüş şəraitinə maksimal yaxın vəziyyətdə icra olunub.
“Komandanlıq təlimlərə cəlb olunan şəxsi heyətin döyüş hazırlığını yüksək qiymətləndirib”, - deyə məlumatda qeyd olunur.*
R.Babayev