Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə ümid edir.
“Ümid edirik ki, 2019-cu ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində müsbət irəliləyişlər olacaq”, - İ.Əliyev “Rossiya-24” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, “biz sülhün regiona hansı üstünlüklərin gətirəcəyinin nümayişinə və sülh olmadığı təqdirdə Ermənistanda hansı çətinliklərin mövcud olacağına dair siyasəti davam etdirəcəyik”.
“Əminəm ki, Ermənistanın yeni rəhbərliyinin ölkəsinin dəyişilməsinə dair planlarının həyata keçirilməsinin yeganə yolu Azərbaycanla münaqişənin həllidir. Bunun üçün isə onlara məxsus olmayan əraziləri tərk eməli və minlərlə, on minlərlə, yüz minlərlə azərbaycanlılara öz torpaqlarına qayıtmağa imkan yaratmaq lazımdır”, - prezident qeyd edib.
İ.Əliyev əlavə edib ki, “bu səbəbdən, bu nöqteyi-nəzərdən daha çox anlayışın olmasına dair ümid var”. “Ancaq öncədən heç nə deyə bilmərəm. Necə deyirlər, zaman göstərər. Lakin biz yuxarıda qeyd etdiyim siyasəti ardıcıl surətdə yürüdüəcəyik, xüsusilə ona görə ki, bunun nəticə verdiyini görürük”, - İ.Əliyev əlavə edib. **
R.Babayev