Nazirlər Kabineti “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nı təsdiq edib.
Müvafiq qərar hökumətin saytında dərc olunub.
Meyarlara görə, illik gəliri 200 min manata qədər olan və maksimum 10 işçiyə sahib olanlar mikro sahibkar hesab olunur.
İllik gəliri 200 min manatdan 3 mln. manata kimi və 11-50 işçiyə sahib olanlar kiçik sahibkar hesab olunur.
İllik gəliri 3 mln. manatdan 30 mln. manata kimi və 51-250 işçiyə sahib olanlar orta sahibkar hesab olunur.
Öz növbəsində, illik gəliri 30 mln-dan çox və 250-dən çox işçiyə sahib olanlar isə iri sahibkar hesab olunur.
Meyarlara əsasən, yeni yaradılan şirkətlərin mikro, kiçik, orta və ya iri sahibkarlar kimi müəyyənləşdirilməsində onların dövlət qeydiyyatına alındığı tarixdən bir il müddətində müəyyən edilmiş işçilərin say göstəricisi əsas götürülür. **
Ə.Məmmədov