Özəl və qeyri-neft şirkətləri üçün meyarlar bu ilin sonunadək müəyyən ediləcək. Bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov məlumat verib.
"Vergi Məcəlləsində dəyişikliklərin qüvvəyə minməsi çərçivəsində lazım olan bütün sənədlər ilin sonunadək dərc olunacaq ki, sahibkarlar vergitutma rejimini müəyyən edə bilsinlər», - deyə o, bu gün jurnalistlərə bildirib.
Azərbaycan prezidenti İlham Əliyev dekabrın 21-də Vergi Məcəlləsinə dəyişiklikləri təsdiq edib. Dəyişikliklər 2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək. Fərmana əsasən, Nazirlər Kabinetinə bir ay müddətində neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarlarını müəyyən etmək tapşırılıb.*
Ə.Məmmədov