“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi iaşə və restoran tipli metal konstruksiyalı obyektlərin hazırlanması və quraşdırılması işlərinə 1 mln. manata yaxın vəsait yönəldəcək.
www.tender.gov.az saytının materiallarına əsasən, qeyd olunan işlərin icrasına dair “Uni Ko” MMC ilə müqavilə imzalanıb. Müqavilənin dəyəri 901,103 min manat təşkil edir.
İşlər İçərişəhər ərazisində Kiçik Qala küçəsi 19-21 ünvanlarında həyata keçiriləcək. **
B.Rüstəmbəyov