Azərbaycan prezidenti İlham Əliyev “Azərenerji” ASC-nin nizamnamə kapitalının artırılmasına dövlət büdcəsindən 40 mln. manat ayırıb.
Vəsait energetika sisteminin təkmilləşdirilməsi, əhalinin və Energetika Nazirliyi və “Azərenerji” ASC tərəfindən birgə tərtib edilmiş Reabilitasiya Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə yönəldiləcək.
Vəsait Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılacaq.
İ.Əliyevin müvafiq sərəncamı çərşənbə axşamı dövlət başçısının saytında dərc olunub. **
F.İsazadə