“Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC 2019-cu ildə E-Taxi layihəsi və avtomobil nəqliyyatının informasiya sistemi üçün müntəzəm şəhərlərarası və şəhərdaxili avtobus marşrutlarında elektron bilet sisteminin tətbiqini planlaşdırır.
Şirkət layihənin reallaşdırılması məqsədilə məsləhətçi seçimi elan edib.
Seçim açıq tender üsulu ilə keçirilir və 6 lotdan ibarətdir.
Lot-1-ə müntəzəm şəhərlərarası və şəhərdaxili (rayonlararası) avtobus marşrutlarında elektron bilet (E-Bilet) sisteminin tətbiqi məqsədilə konsepsiya və layihə sənədlərinin hazırlanması üçün məsləhətçi seçimi daxildir.
Lot-2-yə yükdaşımalarında elektron qaimə (E-Qaimə) sisteminin tətbiqi məqsədilə konsepsiya və layihə sənədlərinin hazırlanması üçün məsləhətçi seçimi daxildir.
Lot-3-ə E-taxi proqram təminatı layihəsinin hazırlanması məqsədilə konsepsiya və layihə sənədlərinin hazırlanması üçün məsləhətçi seçimi daxildir.
Lot-4-ə taksi ilə əməliyyatların proqram təminatı tədarükçüsü seçimi daxildir.
Lot-5-ə avtomobil nəqliyyatında informasiya sistemlərinin (ANIS) tətbiqi məqsədilə konsepsiya və layihə sənədlərinin hazırlanması üçün məsləhətçi seçimi daxildir.
Lot-6-ya E-Bilet, E-Qaimə və E-Taxi sistemlərinin ANIS-a inteqrasiyası üçün konsepsiya və layihə sənədlərinin hazırlanması üçün məsləhətçi seçimi daxildir.
Tenderdə zəruri texniki və maddi imkanlara malik olan şirkətlər iştirak edə bilər. İştirak haqqı – 100 manatdır.
Tender təkliflərinin qiymətləndirilməsi zamanı aşağıdakı meyarlar nəzərə alınacaq: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında icrası, analoji işlərin icrasında təcrübə.
Tender təklifləri 11 fevral 2019-cu il tarixindək qəbul olunur.
Tender proseduru fevralın 12-də baş tutacaq. **
N.Abbasova