Prezident İlham Əliyev bu gün Bakı şəhəri Dairəvi avtomobil yolunu Şərifzadə küçəsi ilə birləşdirən yeni yolun, həmçinin Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal yaşayış kompleksinin açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Sonra prezident ərazidə ümumi sahəsi 15,4 hektar olacaq yeni yaşayış kompleksinin təməlini qoyub, Yasamal rayonu ərazisində yenidən qurulan parkda yaradılan şəraitlə tanış olub.
Xəbər verildiyi kimi, 2016-cı il dekabrın 24-də Yasamal rayonu ərazisində yeni yaşayış kompleksinin təməli qoyulub.
Ümumi sahəsi 11,6 hektar olan kompleks 29 çoxmənzilli yaşayış binasından ibarət olacaq. Onların 17-si ikibloklu 9 mərtəbəli bina, 12-si isə birbloklu 12 mərtəbəli bina olacaq.
Bundan əlavə, kompleksin ərazisində bir sıra sosial obyektlər tikiləcək.*
B.Rüstəmbəyov