2018-ci ildə Azərbaycanın hava məkanında uçuşların sayı 150 min təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 7,5 dəfə çoxdur. Bu barədə “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) məlumatında deyilir.
“Azərbaycanın hava məkanından ümumilikdə 150 min reys istifadə edib. Onlardan 95 mini tranzit reyslərin payına düşür. Bu göstərici AZANS-ın bütün fəaliyyəti dövründə ən rekord göstərici olub. Həmin reyslərlə ümumilikdə 26 mln. sərnişin daşınıb. 6 min aviareys ən iri “Airbus A380” sərnişin laynerləri vasitəsilə yerinə yetirilib”, - deyə məlumatda bildirilir.
Sutka ərzində rekord say 500 reys təşkil edib.
“Azəraeronaviqasiya” (AZANS) aeronaviqasiya xidməti müəssisəsi 1996-cı il aprelin 1-də “Azərbaycan Hava Yolları” Dövlət Konserninin müdiriyyətinin qərarı ilə, ICAO və Avropa İnkişaf Bankının himayəsi altında yaradılıb. Müəssisənin başlıca vəzifəsi Azərbaycan Respublikasının hava məkanında uçuşların təhlükəsizliyinin təmin edilməsidir.*
N.Abbasova