Azərbaycanda bələdiyyə seçkiləri 2019-cu il dekabrın 27-də keçiriləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında deyilir.
Nazirlik 2019-cu ilin iş vaxtı norması və istehsalat təqvimini təsdiqləyib.
“2019-cu ilin iş vaxtı normasının hesablanması məqsədilə rəsmi elan olunanadək şərti olaraq istehsalat təqvimində 2019-cu ilin 27 dekabr tarixi iş günü hesab edilməyən Bələdiyyə seçkiləri günü kimi nəzərə alınır”, - deyə məlumatda bildirilir.
2019-cu ildə beşgünlük iş həftəsində 242 iş günü, iş günü hesab edilməyən 103 istirahət günü var.
Qanunvericiliyə uyğun olaraq 2019-cu il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1926 saat təşkil edir. Gələn il altıgünlük iş həftəsi üçün də bu norma nəzərdə tutulur.*
F.İsazadə