Prezident İlham Əliyev Tovuz rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 5 mln. manat məbləğində vəsaitin ayrılması haqqındasərəncam imzalayıb.
Dövlət başçısı tərəfindən müvafiq sərəncam dekabrın 26-da imzalanıb.
Sərəncama əsasən, vəsait 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində ayrılacaq.*
Ə.Məmmədov