Gürcüstan prezidenti Salome Zurabişvili ölkəsinin suverenliyi və ərazi bütövlüyünə göstərdiyi dəstəyə görə Azərbaycan prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
“Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə göstərdiyiniz davamlı dəstəyə görə Sizə minnətdarlığımı bildirmək istərdim”, - deyə Azərbaycan prezidentinin doğum günü münasibətilə S.Zurabişvilinin təbrik məktubunda bildirilir.
Gürcüstan Azərbaycanla dostluq əlaqələrinin və qarşılıqlı faydalı münasibətlərin inkişafına çox böyük önəm verir.
“Əminəm ki, Gürcüstan və Azərbaycan arasında olan uzunmüddətli dostluq və strateji tərəfdaşlıq birgə səylərimizlə ölkələrimizin ortaq maraqları naminə gələcəkdə daha da möhkəmlənəcək və dərinləşəcək”, - deyə S.Zurabişvili qeyd edib.*
F.İsazadə