Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mətbuatının guya Azərbaycan Ordusunun ön xətt mövqelərində atışma baş verməsi barədə yaydığı xəbəri təkzib edib.
“Bu, Ermənistan tərəfinin öz ordusundakı baş verən xaos, intizamsızlıq və özbaşınalıq hallarını gizlətmək, o cümlədən dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində mülki vətəndaşlarımızı atəşə tutmasından beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa hesablanmış ucuz təbliğatıdır”, – deyə nazirliyin mətbuat xidmətinin məlumatında deyilir.
Müdafiə Nazirliyi qeyd edir ki, Azərbaycan Ordusunun mövqelərində heç bir hadisə baş verməyib və “bölmələrimiz əməliyyat şəraitinə nəzarət edir”.*
R.Babayev