2017-ci il ərzində “Azərpoçt” MMC-nin xalis mənfəəti 2016-cı ildə qeydə alınmış 4 mln. 595,55 min manat zərərə qarşı 2 mln. 951,825 min manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə MMC-dən məlumat verilib.
Maliyyə hesabatına əsasən, 2017-ci ildə cəmiyyətin gəlirləri 46 mln. 10,818 min manat (artım 15%), xidmətlərin maya dəyəri 28 mln. 382,756 min manat (artım 18,1%), əməliyyat gəliri 2 mln. 446,503 min manat (azalma 2,2 dəfə) təşkil edib.
Ötən il “Azərpoçt”un aktivləri 14,3% - 115 mln. 227,95 min manatadək, qısamüddətli aktivləri 36,1% - 58 mln. 130,191 min manatadək artıb, uzunmüddətli aktivləri isə 1,8% - 57 mln. 97,759 min manatadək azalıb.
2018-ci il yanvarın 1-nə cəmiyyətin öhdəlikləri 57 mln. 185,212 min manata (artım 25,8%), qısamüddətli öhdəlikləri 42 mln. 912,021 min manata, uzunmüddətli öhdəlikləri 14 mln. 273,191 min manata bərabərdir.
“Azərpoçt” MMC-nin kapitalı 58 mln. 42,738 min manat (artım 4,8%), o cümlədən nizamnamə kapitalı 73 mln. 344,5 min manat (dəyişməyib) təşkil edir.
“Azərpoçt” dövlət müəssisəsi 1999-cu il sentyabrın 23-də yaradılıb. 2009-cu il avqustun 15-də “Azərpoçt” MMC-yə çevrilib. 2010-cu il aprelin 16-da Azərbaycan Mərkəzi Bankı MMC-yə bank-maliyyə xidmətləri göstərmək üçün məhdud lisenziya verib.*
Ə.Məmmədov