2018-ci ildə Azərbaycan və Belarus arasında ticarət-iqtisadi əməkdaşlıqda sıçrayış baş verib. Bunu Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç deyib.
«2018-ci ilin 10 ayı ərzində ticarət dövriyyəsi $400 mln.-u ötüb. İlin sonunadək bu rəqəmin $450-500 mln. təşkil edəcəyini gözləyirik», - deyə o, bu gün Bakıda keçirdiyi mətbuat konfransında bildirib.
Səfirin sözlərinə görə, Belarus Azərbaycana maşınqayırma, neft-kimya, ağac emalı, əczaçılıq və hərbi-texniki təyinatlı məhsullar ixrac edib.
«Azərbaycandan Belarusa neft-kimya, pambıq lifi, meyvə, tərəvəz və qeyri-neft sektoruna aid digər məhsullar idxal olunub. Azərbaycandan Belarusa ixracın həcmi 44%, Belarusdan Azərbaycana isə 3 dəfə artıb», - deyə G.Axramoviç qeyd edib.*
F.İsazadə