“Bakı Metropoliteni” QSC “Xətai” stansiyasının təmir-tamamlama və yerüstü vestibülünün fasad şəbəkə elementlərinin sökülməsi, bərpası və yenidən quraşdırılması işlərinə təxminən 94 min manat yönəldəcək.
www.tender.gov.az saytında verilən məlumata görə, Bakı Metropoliteni “STA-İnşaat” MMC ilə 93 min 711,23 manat dəyərində podrat müqaviləsi bağlayıb.
Xəbər verildiyi kimi, sentyabrın 27-dən etibarən “Xətai” stansiyası təmir-bərpa və quraşdırma işləri ilə əlaqədar bağlanıb. Nəzərdə tutulan işlərin 10 avqust 2019-cu il tarixinədək başa çatdırılması planlaşdırılır.
Təmir-bərpa işləri zamanı istismar müddəti başa çatan eskalatorlar yeniləri ilə əvəzlənəcək. Bundan əlavə, stansiyanın köhnəlmiş qurğu və avadanlıqları müasir tələblər səviyyəsinə çatdırılacaq, stansiyanın yerüstü vestibülünün döşəmə və divar üzlükləri yenilənəcək.
"Xətai" stansiyası 1968-ci ildə istismara verilib.*
N.Abbasova