Bakı və Tehran arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığa dair 9 saziş üzərində iş aparılır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Milli Məclisdən məlumat verilib.
“Bu gün qarşılıqlı əlaqələrimiz bütün sahələr üzrə uğurla inkişaf edir. İki ölkə arasında 186 hüquqi sənəd imzalanıb, daha 9 sənəd üzərində iş aparılır”, - deyə məlumatda bildirilir.
Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 257,7 milyon, cari ildə isə 395 milyon ABŞ dolları həcminə yüksəlib.
Bu gün Azərbaycanda 732 İran şirkəti qeydiyyatdan keçib və fəaliyyət göstərir. İrandan Azərbaycana təxminən 3,3 milyard ABŞ dolları həcmində investisiya yatırılıb.
“İran tərəfinin qiymətləndirmələrinə görə, qarşılıqlı ticarət dövriyyəsinin həcmini 2-3 milyard ABŞ dollarına çatdırmaq mümkündür”, - deyə məlumatda vurğulanır.*
R.Babayev