Dövlət Gömrük Komitəsi (DGK) 200 mln. manat dəyərində mobil telefonların qanunsuz idxalından ölkə iqtisadiyyatına ziyan dəyməsinin qarşısını alıb. Bunu komitə sədri Səfər Mehdiyev deyib.
«Mobil telefonların onlayn sifariş sistemi ilə Azərbaycana qanunsuz idxalı faktı aşkarlanıb. Sifarişlər hətta çoxdan vəfat etmiş şəxslərin adına da rəsmiləşdirilib. Faktla bağlı cinayət işi başlanıb», - deyə o, bu gün Azərbaycanın aparıcı informasiya agentliklərinin rəhbərləri ilə görüşdə bildirib.
Sədrin sözlərinə görə, belə sistem vasitəsilə hər ay Azərbaycana 30 minədək mobil telefon gətirilirdi. «Həyata keçirdiyimiz tədbirlər nəticəsində ölkə iqtisadiyyatına 200 mln. manat məbləğində ziyanın dəyməsinin qarşısı alınıb», - deyə S.Mehdiyev əlavə edib.*
Ə.Məmmədov