Dövlət Gömrük Komitəsi (DGK) 2019-cu il fevralın 1-dən qısa idxal bəyannaməsi sistemi tətbiq edəcək. Bunu komitə sədri Səfər Mehdiyev deyib.
"Gələn ilin fevral ayının əvvəlindən biz qısa idxal bəyannaməsi sistemini tətbiq edəcəyik ki, bu da yoxlamaya sərf olunan vaxtı əhəmiyyətli dərəcədə azaldacaq və idxal prosedurunu asanlaşdıracaq”, - deyə o, bu gün Azərbaycanın aparıcı informasiya agentliklərinin rəhbərləri ilə görüşdə bildirib.
Sədrin sözlərinə görə, 2019-cu il fevralın 1-dən Dövlət Gömrük Komitəsi "İxracın elektron idarəetmə sistemi"nin tətbiqinə başlayacaq. “Biz 2019-cu ildə idxalçı şirkətlərin 30%-ə qədərini və ixracatçı şirkətlərin 100%-ni “yaşıl dəhliz” sisteminə cəlb etməyi planlaşdırırıq”, - deyə S.Mehdiyev əlavə edib.*
Ə.Məmmədov