Dövlət Gömrük Komitəsi (DGK) 2019-cu ildə gömrük-buraxılış məntəqələrində skanerlərin sayını artırmaq niyyətindədir. Bu barədə komitə sədri Səfər Mehdiyev bu gün ölkənin aparıcı informasiya agentliklərinin rəhbərləri ilə görüşdə bildirib.
"2019-cu ildə biz gömrük-buraxılış məntəqələrində skanerlərin, eləcə də dəhlizlərin sayını artırmaq niyyətindəyik. Bu, vətəndaşların və nəqliyyat vasitələrinin sərhədi keçərkən gömrük yoxlaması üçün lazım olan vaxtı əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək", - deyə S.Mehdiyev qeyd edib.
O deyib ki, komitə, həmçinin GPS-trekerlərin də sayını artırmaq niyyətindədir. "Hazırda bizdə 4 min GPS-treker mövcuddur. Daha 2 min treker sifariş etməyi planlaşdırırıq. Onlar bizə ölkənin bütün ərazisində nəqliyyat vasitələrinin hərəkətinə nəzarət etməyə imkan verir", - deyə sədr əlavə edib.*
Ə.Məmmədov