Azərbaycan və Belarus 2019-cu ilin ilk yarısında Türkiyədə traktorların quraşdırma istehsalının yaradılmasını başa çatdırmaq niyyətindədir. Bu barədə Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç məlumat verib.
"Biz 2019-cu ilin I yarısında Türkiyədə quraşdırma istehsalının yaradılmasını başa çatdırmaq niyyətindəyik", - deyə o, bu gün Bakıda keçirdiyi mətbuat konfransında bildirib.
"Bu, yüksək səviyyədə görüş (Azərbaycan, Belarus və Türkiyə prezidentlərinin – İF) üçün meydança rolunu oynaya bilər", - deyə diplomat əlavə edib.
G.Axramoviçin sözlərinə görə, prezident İlham Əliyevin cari ilin noyabr ayında Minskə səfəri çərçivəsində tərəflər Gəncə Avtomobil Zavoduna komplektləşdirici ehtiyat hissələrinin tədarükü haqqında $15 mln. dəyərində müqavilə imzalayıblar.*
B.Rüstəmbəyov