2018-ci ilin noyabr ayında “Azexport.az” portalına ümumilikdə $46 mln. məbləğində ixrac sifarişləri daxil olub. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
Ümumilikdə 2017-ci ilin 1 yanvar tarixindən 2018-ci ilin 1 dekabr tarixinə kimi ixrac sifarişlərinin dəyəri $954 mln., yanvar-noyabr aylarında $479 mln. təşkil edib.
Noyabrda ən çox ixrac sifarişi meyvə-tərəvəz məhsulları, tütün, quş əti, nar şirəsi, pambıq, şərab, pambıq yağı, yun, soğan və kartofa olub.
Yanvar-noyabr aylarında portala daxil olan sifarişlərin 17,4%-i Rusiya, 8,5%-i ABŞ, 5,5%-i Türkiyə, 4,4%-i Ukrayna və Hindistan, 3,5%-i İran, 3,6%-i Böyük Britaniya və Səudiyyə Ərəbistanının payına düşüb.
2017-ci ildə “Azexport.az” portalına ümumilikdə $475 mln. məbləğində ixrac sifarişləri daxil olub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “Azexport.az” portalını 2016-cı ilin dekabr ayında istifadəyə verib.*
B.Rüstəmbəyov