2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycana gələn xarici vətəndaşlar bank kartları vasitəsi ilə 1 mlrd. 195,5 mln. manatlıq əməliyyat aparıblar. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əməliyyatların həcmi 26,7% artıb.
Cari ilin noyabr ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların həcmi 76,2 mln. manat təşkil edib və ötən ilin noyabr ayı ilə müqayisədə 5,7% artıb.
Xəbər verildiyi kimi, 2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 2,5 mln.-a yaxın turist gəlib.*
B.Rüstəmbəyov