Nazirlər Kabinetinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2019-2024-cü illər üzrə kibertəhlükəsizlik Strategiyası”nın layihəsi qəbul edilib. Bu barədə hökumətin mətbuat xidmətindən məlumat verilib.
“Nazirlər Kabineti bu gün “Azərbaycan Respublikasının 2019-2024-cü illər üzrə kibertəhlükəsizlik Strategiyası”nın layihəsini müzakirə edib və qərara alınıb ki, sənəd Azərbaycan prezidenti tərəfindən təsdiq edilməsi üçün təqdim olunsun”, - deyə məlumatda bildirilir.
Layihə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən işlənib hazırlanıb.*
R.Babayev