Azərbaycan Mərkəzi Bankı inflyasiyanın hədəflənməsi rejiminə keçid çərçivəsində pul siyasətinin alternativ lövbərinin formalaşdırılması istiqamətində səyləri gücləndirməyi planlaşdırır.
“Yeni rejimə mərhələli keçid çərçivəsində pul siyasətinin alternativ lövbərinin formalaşdırılması istiqamətində səylər gücləndiriləcəkdir. Qabaqcıl təcrübəyə əsasən optimal alternativ lövbər rolunu banklararası bazarda qısamüddətli faizlər oynaya bilər. Bunun üçün pul bazarının aktivləşməsi, o cümlədən qiymətli kağızlar bazarının dərinləşdirilməsi və banklararası pul bazarının inkişafına xidmət edən infrastruktur elementlərinin inkişafı istiqamətində işlər aidiyyatı orqanlarla birlikdə davam etdiriləcək”, - AMB-nin 2019-cu il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd olunur.
Vurğulanır ki, inflyasiyanın hədəflənməsi rejimi qiymət sabitliyinin qorunması, inflyasiyanın aşağı və sabit səviyyədə saxlanılması üçün ən optimal rejimdir. Bunu nəzərə alaraq Mərkəzi Bank rejimə keçid şərtlərinin reallaşdırılması istiqamətində işləri davam etdirəcək.
“İnflyasiyanın hədəflənməsi rejiminin effektiv tətbiqi üçün zəruri şərtlərin mövcud durumu Azərbaycanda inflyasiyanın hədəflənməsi rejiminə mərhələli keçidi labüd edir. Bunun üçün
alternativ lövbərinin formalaşdırılması ilə bərabər qərəmsal ödənişlərin hemişləndirilməsi və bir sıra struktur-institusional islahatların həyata keçirilməsi tələb olunur”, - bəyanarda bildirilir. **
Ə.Məmədov